Ərdoğan: “İsrail Kürdüstanı xilas edə bilməz!”

Ərdoğan: “İsrail Kürdüstanı xilas edə bilməz!”

“Biz kürd, ərəb qardaşlarımızın sülh, dinclik və təhlükəsizlik şəraitində yaşamasını istəyirik. Bunun üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. Hətta lazım gələrsə, əl-ələ verib eyni torpaqda qanımızı birlikdə axıtmağa da hazırıq. Yetər ki, birlik, qardaşlıq yolundan ayrılmayaq”.


Virtualaz.org bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə “2017-2018 Təhsil ili”nin açılışı mərasimində çıxışında deyib. Ərdoğan bildirib ki, Türkiyənin gücü bütün təhdidlərə qarşı mübarizə aparmağa yetərlidir: “Bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Bu yol da bağlansa, o halda əlimizdəki imkanlardan istifadə üçün tərəddüd etməyəcəyik. Bizim kifayət qədər gücümüzün olduğunu unutmasınlar. İraq Kürdüstanı ilə iqtisadi əməkdaşlıq, təhlükəsizlik və digər məsələlər hazırda müzakirə edilir. Ümid edirəm ki, bunların heç birinə ehtiyac qalmaz. İraq Kürdüstanı hökuməti ağlını başına yığıb, bu, sonu qaranlıq olan macəradan əl çəkər”.

Türkiyə prezidenti referendumu dəstəkləyən İsrailə də mesaj göndərib: "İsraildən başqa bunu dəstəkləyən ölkə və beynəlxalq qurum yoxdur. Bu, bölgədə yeni münaqişə ocağının yaranacağından xəbər verir. Dünya İsraildən ibarət deyil. Kosovonun müstəqilliyini 114 dövlət tanıyıb. Amma hələ də çətinlikləri var. Sən bir İsraillə nə edəcəksən? “Biz etdik, oldu” deməklə olmur. Olmayacaq, heç vaxt ola bilməyəcək. Sanksiyaları tətbiq etməyə başladıqda ortada qalacaqsınız. Əgər neft xəttini bağlasaq, iş bitəcək. Tırlar İraqın şimalında işləmədiyi vaxtdan yeməyə bir şey tapa bilməyəcəklər. Sanksiyaları tətbiq etməyə məcburuq. Bunlara İsrail nəyi və haradan göndərəcək?".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
884 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...