Hər şey əlimizdədir: Bərzani hara və kimə satacaq? - Ərdoğan
Onlar İraqdakı mövcud vəziyyətdən istifadə edərək referendum keçirirlər.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İraqın bir cəmiyyət, bir ölkə kimi birləşməyə daha çox ehtiyacı olan dövrdə ayrılmaq istiqamətində addımlar atmaq qəbuledilməzdir. Kürd qardaşlarımızın hüquqlarına və təhlükəsizliyinə hörmət edirik. Bu məsələdə həmişə İraq Kürd Muxtariyyətinin yanında olduq. Ancaq heç kim bizdən gözləməsin ki, sərhədimizdə yeni münaqişə ocağının yaranmasına göz yumaq. Bizim mövqeyimiz ortadadır. Biz nəticədən asılı olmayaraq, İraqda qanuna uyğun olmayan referendumu rədd edirik. İstər siyasi, istərsə də iqtisadi baxımdan bütün addımları atacağıq”, - Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, siyasi, iqtisadi, təhlükəsizlik məsələlərində bütün addımlar atılıb:
“Hazırda İran da bizimlə eyni vəziyyətdədir. Sərhədlərdə sadəcə İraq tərəfə keçməyə icazə var. Həftə ərzində başqa tədbirlər də görüləcək. Bundan sonra giriş-çıxış bağlanacaq. Fərqli tədbirlərimiz də olacaq. Bütün bunlardan sonra baxaq görək İraq Kürd Muxtariyyəti nefti hansı vasitələrlə hara nəql edəcək və ya sata biləcək? Hər şey bizim əlimizdədir. İstədiyimiz an bu məsələ də bitər”, - Ərdoğan qeyd edib.
Türkiyə prezidenti həmçinin hərbi müdaxilə barədə də fikirlərini ifadə edib:
“Dedim axı, bir gecə qəfildən gələ bilərik. Bunu “Fərat qalxanı” əməliyyatında etmişik. Siyasət və diplomatiyadan daha önəmli anlama sahib olan Suriya və İraq məsələlərində bütün seçimlər qarşımızdadır. 2 min kilomertlik ərazini İŞİD-dən necə təmizləmişiksə, bunu İraqda da etməkdən geri qalmarıq”.
859 dəfə oxundu