Deputat: Nalbandyanın bəyanatı absurddur
Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Dağlıq Qarabağa təhlükə yaratmayan ərazilərin Azərbaycana qaytarılması ilə bağlı açıqlaması absurddur və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesinə xələl gətirir.
Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, Nalbandyan geri qaytarılacaq torpaqlardan bəhs edərkən heç bir halda Laçını, Şuşanı, Kəlbəcəri nəzərdə tutmur: “Bu, absurd yanaşmadır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində iki tərəf - Ermənistan və Azərbaycan və vasitəçi olan üç həmsədr ölkə var. Münaqişə Nalbandyanın mövqeyi ilə həllini tapan deyil və hansı torpaqların hansı ardıcıllıqla qaytarılmasını da Ermənistan xarici işlər naziri müəyyən etmir. Tərəflərin mövqeyi üst-üstə düşdüyü zaman hansı torpaqların hansı ardıcıllıqla qaytarılması məsələsi həllini tapa bilər”.
Deputat vurğulayıb ki, Dağlıq Qarabağ ərazisi Azərbaycanın ayrılmaz tərkib hissəsidir. O qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycana qaytarılmadan münaqişə öz həllini tapa bilməz.
904 dəfə oxundu