AŞPA həmməruzəçiləri Azərbaycana gələcəklər

AŞPA həmməruzəçiləri Azərbaycana gələcəklər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Preda gələn həftə Bakıya səfər edəcəklər.

Gundeminfo.az Report-a istinadən xəbər verir ki, həmməruzəçilər əvvəlcə sentyabrın 7-də Parisdə AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair hesabatlarını təqdim edəcəklər, gələn həftə isə onunla birlikdə Bakıya gedəcəklər.

Səfər çərçivəsində rəsmi şəxslər, vətəndaş cəmiyyəti nümayəndələri və başqaları ilə görüşlər gözlənilir.

Azərbaycanla bağlı hesabatın sonradan oktyabrın 9-13-də Strasburqda keçiriləcək AŞPA-nın payız sessiyasında müzakirə olunacağı və qəbul ediləcəyi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
875 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...