Ərdoğan sentyabrın sonu Bakıya gəlir – Mövlud Çavuşoğlu

Ərdoğan sentyabrın sonu Bakıya gəlir –

Türkiyə Prezidenti Rəcəb Tayyin Ərdoğan bu ayın sonuna qədər Bakıya gələcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı görüşü çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüş zamanı deyib.

Nazir qeyd edib ki, səfərin Nyu-York BMT Baş Assambleyasının iclasından (19-25 sentyabr) sonra baş tutacağı gözlənilir.

Qeyd edək ki, hazırda Elmar Məmmədyarovla Mövlud Çavuşoğlu arasında ikitərəfli görüş keçirilir. Görüşdə siyasi, iqtisadi və s sahələrdə ikitərəfli məsələləri müzakirə olunacaq. Regional, beynəlxalq, həmçinin Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılacağı da planlaşdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
820 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...