Mixeil Canelidze: “Gürcüstan və Azərbaycan sadiq dost ölkələrdir”

Mixeil Canelidze: “Gürcüstan və Azərbaycan sadiq dost ölkələrdir”

Gürcüstan və Azərbaycan strateji tərəfdaş olmaqla yanaşı, sadiq dost və qonşu ölkələrdir.

APA-nın məlumatına əsasən, bu barədə Bakıda səfərdə olan Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze “Twitter” hesabında yazıb.

Gürcü nazir isti qarşılanmaya görə Gürcüstanın böyük dostu Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib.

Qeyd edək ki, sabah Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşü keçiriləcək. Türkiyə və Gürcüstanın XİN başçıları Mövlut Çavuşoğlu və Mixeil Canelidze Bakıdadırlar. Azərbaycan prezidenti İlham Əliyev hər iki ölkənin xarici işlər nazirlərini qəbul edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1010 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...