ATƏT-in İrəvan ofisi fəaliyyətini dayandırdı

ATƏT-in İrəvan ofisi fəaliyyətini dayandırdı

ATƏT-in Yerevandakı ofisi bu gün fəaliyyətini dayandırıb. Trend-in məlumatına görə, 17 illik fəaliyyətdən sonra ofis bağlanıb və bina üzərindəki bayraq endirilib.

Qeyd edək ki, bir müddət əvvəl ATƏT-in Daimi şurası Ermənistandakı nümayəndəliyin mandatının uzadılması barədə konsensus əldə edə bilməmişdi.

Daha əvvəl rəsmi Bakı da qurumun öz mandatına uyğun olmayan fəaliyyətindən narahatlığını bildirmiş, nəticədə fəaliyyətin davamı ilə bağlı konsensus əldə olunmamışdı.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
828 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...