Artur Rasizadə kimləri yola salır? - SİYAHI
Nazirlər Kabinetində həyata keçirilən ciddi ixtisarların və 8 şöbə müdirinin vəzifəsini itirməsinin detalları məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dövlət başçısının məlum Fərmanı ilə NK-nin strukturunda aparılan islahatların mahiyyəti mobilliyi və çevikliyin təmin olunması ilə bağlıdır. Belə ki, hökumət aparatında bir-birinin fəaliyyətini təkrar edən şöbələrin ixtisara salınması və ya birləşdiriləməsi həyata keçirilir.
Fərmana əsasən, NK-nin humanitar və sosial şöbələri birləşdirilərək bundan sonra Humanitar – Sosial adlanacaq. Rabitə və Nəqliyyat şöbəsi Tikinti – Kommunikasiya şöbəsi ilə birləşdirilib.
Daha sonra Xarici iqtisadi əlaqələr şöbəsi MDB ölkələri ilə əlaqələr şöbəsi ilə birləşdirilərək Beynəlxalq Əlaqələr şöbəsi adlandırılacaq. NK-nin ən böyük və bir neçə sahəni əhatə edən Ümumi şöbəsi ləğv edilərək Sənədlərlə, Vətəndaşların müraciəti üzrə iş şöbəsi yaradılır.
Məlumata görə ləğv olunan və birləşdirilən şöbələrdə artıq ştatların hamısı aradan qaldırılacaq, ixtisarlar həyata keçiriləcək.
İxtisarların şöbə müdirləri ilə yanaşı baş nazirin müavinlərinə də təsirsiz ötüşməyəcəyi gözlənilir. Lakin baş nazirin müavini vəzifəsinə təyinat və ya azadetmə prezidentin səlahiyyətinə aid olduğu üçün sözügedən ixtisarların hələ ki, onlara şamil olnub - olunmayacağı haqda məlumat yoxdur.
904 dəfə oxundu