Abxaziya və Dağlıq Qarabağ separatçıları Xankəndidə görüşdü

Abxaziya və Dağlıq Qarabağ separatçıları Xankəndidə görüşdü

Rusiyanın patronjlığı altında olan Abxaziya separatçılarının “xarici işlər naziri” Dair Kove Azərbaycanın işğal altındakı ərazilərinə gəlib. Xankəndi şəhərində Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” Karen Mirzoyanla görüşən abxaz separatçı onunla “əməkdaşlıq haqqında memorandum” imzalayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “cırtdan”lar əməkdaşlıqla bağlı bir sıra məsələlər ətarfında müzakirələr aparıblar. K.Mirzoyan abxaz separatçını Qarabağ münaqişəsi barədə məlumatlandırıb. Daha sonra onlar birgə brifinq keçiriblər. Abxaziya və Dağlıq Qarabağ separatçılarının beynəlxalq aləmdə “tanınması” barədə sualın cavabında abxaz separatçı deyib ki, “bu, zaman məsələsidir”. “Bu gün bizim vəzifəmiz stabilliyi təmin etmək və dinamik inkişafa nail olmaqdır. Düşünürəm ki, beynəlxalq ictimaiyyət nəhayət, bizim nailiyyətlərimizi qiymətləndirəcək”-Kove iddia edib.

Hələlik rəsmi Bakı və rəsmi Tbilisi separatçıların addımına rekasiya verməyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
823 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...