“Rusiya çox istərdi ki, Azərbaycan Şanxay Əməkdaşlığı Təşkilatı ilə dialoq üzrə tərəfdaş olsun”

“Rusiya çox istərdi ki, Azərbaycan Şanxay Əməkdaşlığı Təşkilatı ilə dialoq üzrə tərəfdaş olsun”


“Rusiya çox istərdi ki, Azərbaycan Şanxay Əməkdaşlığı Təşkilatı ilə dialoq üzrə tərəfdaş statusu alsın”.

APA-nın “Vestnik Kavkaza” portalına istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin Şanxay Əməkdaşlığı Təşkilatı işləri üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin Asiya və Sakit Okean əməkdaşlığı departamentinin direktoru Bəxtiyar Həkimov deyib. O qeyd edib ki, dialoq üzrə tərəfdaşlıq praktiki əməkdaşlığı qurmağa imkan verir. “Bu isə müşahidə aparmaqdan daha faydalıdır”, - deyə diplomat vurğulayıb.

B. Həkimov bildirib ki, Azərbaycanın Şanxay Əməkdaşlığı Təşkilatı ilə gələcək inteqrasiyasının səviyyəsi Bakının qəbul edəcəyi qərarlardan asılıdır. “Özü-özlüyündə bu ölkənin potensialı bəllidir. İqtisadiyyat, siyasət və mədəniyyət baxımından Azərbaycan dialoq üzrə tərəfdaş olan digər ölkələr kimi əhəmiyyətli töhfə verə bilər. Çünki Şanxay Əməkdaşlığı Təşkilatı mədəniyyətləri, etnosları və dinləri özündə cəmləşdirən unikal təşkilatdır. Yeni tərəfdaşların, dövlətlərin gəlişi yalnız alqışlanır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bu günlərdə Ufada keçirilən Şanxay Əməkdaşlığı Təşkilatının sammitində Rusiya prezidenti Vladimir Putin Azərbaycan, Ermənistan, Kamboca və Nepala tərəfdaş statusunun veriləcəyini bəyan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1129 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...