Putin hərbi xərcləri azaldır - Kremli buna vadar edən əsas səbəb
Ekspertlər bu qərarın motivi və Kremlin Qafqaz siyasətinə mümkün təsirlərindən danışırlar
Rusiyada 2018-ci ildən etibarən dövlət büdcəsindən müdafiə üçün ayrılmış vəsaitlərə məhdudiyyətlər qoyulacaq. Bu barədə prezidenti Vladimir Putin məlumat verib. O bildirib ki, bu məhdudiyyətlər ordu və donanmaya məxsus təchizatların modernləşdirilməsi planına təsir etməyəcək.
Politoloq Elxan Şahinoğlu rus iqtisadiyyatının bərbad günə düşdüyünü qeyd etdi: “Rusiya prezidenti Vladimir Putinin gələn ildən hərbi xərcləri azaltmasının səbəbi budur ki, Rusiya iqtisadiyyatı bərbad vəziyyətdədir. Putin Krımı işğal etdi, daha düşünmədi ki, bunun bədəli Rusiya iqtisadiyyatına, əhalisinə və büdcəsinə ağır gələcək. Qərbin sanksiyaları tədricən Rusiyanı taqətdən salır. Bunun nəticəsində də Kreml sahibi istəməsə belə hərbi xərcləri azaltmaq məcburiyyətində qalıb. Putin anlayır ki, hərbi xərcləri azaltmasa və əvvəlki səviyyədə saxlasa, bu Rusiyaya baha başa gələcək, bir gün gələcək əhaliyə nə maaşı, nə də müavinəti çatdıra biləcək. Bunun sonu isə inqilabdır. Putin bundan qorxduğundan hərbi xərcləri azaldır. Bütün hallarda Rusiya hərbi xərclərdə Amerika ilə ayaqlaşa bilməz. Amerikanın hərbi xərcləri Rusiyadakından onlarla dəfə artıqdır. Putin iqtisadiyyatda əli-qolu bağlıdır.
Bu ölkə hələ illər uzunu neft və qaz satışından asılı olacaq. Rusiya rəqabət qabiliyyətli məhsul istehsal edə bilmir. O birtəhər gələn ilki seçkiləri udub yenidən hakimiyyətdə qalmaq istəyir. Ona görə Putin ən azı bir il ərzində iqtisadiyyatda təlatümlərin qarşısını almağa çalışacaq. Bunun üçün də o müxtəlif istiqamətlərə yönələn xərcləri azaltmaq məcburiyyətindədir. Rusiya hərbi xərclərini nə qədər azaltsa da, qonşulara və separatçılara təzyiq siyasətindən əl çəkməyəcək. Bu Rusiya hakimiyyətinin xarakterinə uyğun deyil. Rusiya iqtisadiyyatı nə qədər zəifləsə və hərbi xərcləri azalsa da, ”parçala və hökm sür" siyasətindən əl çəkən deyil. Ona görə hərbi xərcləri azalan Rusiyadan Qarabağ münaqişəsinin ədalətli həllini gözləmək mümkün deyil".
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli də maliyyə çatışmamazlığının Rusiyanı bu qərarı verməyə məcbur etdiyini düşünür: “Qərb tərəfdən sanksiyaların çoxaldığı, neftin qiymətinin aşağı düşdüyü dövrdə Rusiya maliyyə çətinliklərindən qurtula bilmir, əksinə, daha da böyük problemlərlə üzləşə bilər. Bir də ki, ruslar həmişə hərbi potensialda amerikalılara uduzub. Sadəcə, Rusiyanı SSRİ dağıldıqdan sonra ayaqda saxlayan bu dövlətin dünyada ikinci nüvə nəhəngi olmasıdır. Rusiyada ölkələrinin düşdüyü situasiyaya görə orta təbəqənin ciddi narazılığı var. Görünməmiş səviyyədə korrupsiya bir tərəfdən, artan sanksiyalar da digər tərəfdən günbəgün narazılıqları artırır. Rusiyada da orta təbəqə önəmli rol oynayır. 2011-2012-ci illərdəki izdihamlı mitinqlər məhz orta təbəqənin sayəsində baş verib. Bu il də korrupsiyaya qarşı keçirilən mitinqlərin əsas iştirakçıları gənclər və orta təbəqə olub. Putin bütün bunları nəzərə almaya bilməz. Və bunun üçün də 2018-ci ilin prezident seçkilərinə qədər Putin çalışacaq ki, sosial vəziyyəti ölkəsində yaxşılığa doğru düzəltsin. Rusiya hərbi xərclərini azaltmaqla postsovet məkanında gücünü saxlamaq iqtidarındadır və saxlayacaq da. Rusiya ancaq daxildən təlatümlər baş versə, inqilabi vəziyyət yaransa, mərkəzdən qaçmalar, milli muxtar respublikaların ayağa qalxması baş versə, Moskvanın başı öz işlərinə qarışsa, məhz bu halda, Kreml xarici iddialarından geri çəkilə bilər. Və nəhayət ki, azərbaycanlılar, ukraynalılar, gürcülər öz ərazi bütövlüyünə qovuşa bilər”.
1038 dəfə oxundu