ABŞ-dan Bakıya ilginc siqnal – “Özünü Rusiyadan qoru!..”
Belə görünür ki, Rusiya-ABŞ münasibətlərinin kəskinləşməsindən region ölkələri də yayına bilməyəcək. Xüsusən də Rusiya və ya ABŞ-la əlaqələri sıx, yaxud normal olan kiçik ölkələr yeni bir testdən - müttəfiqlik testindən çıxmalı olacaq. Azərbaycan kimi tərəfdaş dövlətlər üçün bu test qismən yüngül ola bilər. Bu da asılıdır Moskva və ya Vaşinqtonun Bakı ilə bağlı gözləntilərindən.
Dost-rəqiblərin dəqiqləşdirilməsi prosesi isə artıq başlayıb. Məsələn, bəlli olub ki, ABŞ-ın təzəcə qəbul elədiyi sanksiyalar qanunun əsas hədəfləri olan iki böyük qonşumuz - Rusiya və İran beynəlxalq qadağalara rəğmən öz aralarında hərbi əməkdaşlığı gücləndirmək qərarı verib. O sırada Rusiyanın İran silahlarını təkmilləşdirmək üçün anlaşma əldə edildiyi deyilir.
Sözsüz ki, Moskvanın həmsərhəd ölkə kimi Azərbaycanla bağlı məxsusi gözləntiləri var. Bu gözləntilərin qayəsində Bakının NATO-ya yaxınlaşmadan daim uzaq durması, öz ərazisində Qərb strukturlarına yer verməməsi, nə vaxtsa Avrasiya Birliyinə və KTMT-yə qoşulması, bir də “qaz müharibəsi”ndə Rusiyaya rəqib olmamaq istəyi dayanır.
Moskva bu məqsədə çatmaq üçün həll edilməmiş Dağlıq Qarabağ konfliktindən, erməni “kartı”ndan məharətlə istifadə eləməkdədir. Ən təhlükəlisi odur ki, Qərb, Birləşmiş Ştatlar Kremlin bu təhlükəli planlarını önləməkdə hələ ki yetərincə həvəsli görünmür. Söhbət xüsusən də Kremlin “dondurulmuş” Dağlıq Qarabağ ixtilafından yararlanaraq, bölgədə (Gürcüstanda, Ermənistanda, Azərbaycanda) öz nəzarətini daha da gücləndirmək planlarından gedir.
***
Bu arada Vaşinqtondakı Xarici Siyasət Şurasının baş elmi işçisi, Ordu Kollecinin professoru Stefan Blank “The Hill” nəşrində mövzuya adi olan maraqlı bir məqalə ilə çıxış edib. Məqalə ABŞ administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair vasitəçilik səylərini hələ də artırmamasından və bu münaqişəni faktiki olaraq Rusiyanın öhdəsinə buraxmaqdan bəhs edir (Virtulaz.org).
Amerikalı təhlilçi Minsk Qrupunun on illərdir heç bir nəticə əldə edə bilmədiyi bir vaxtda Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların başlanması riskinin hər iki tərəfin malik olduqları silahların dağıdıcı gücü ilə paralel artmasını vurğulayaraq yazır: “Məsələn, bu yaxınlarda ermənilər rus raketləri ilə Azərbaycan müdafiə nazirinin vertolyotunu hədəf aldılar. Azərbaycan həmin raket qurğusunu (”OSA" nəzərdə tutulur - red.) İsrail istehsallı raketlə vurdu. Lakin vertolyotun hədəfə alınması yox, məhz raket qurğusunun vurulması Minsk Qrupunu dəhşətə saldı. Əslində isə ABŞ Minsk Qrupuna heç nümayəndə də təyin etməyə tələsmir, hətta səfir səviyyəsində. Çünki bu məsələ Vaşinqtonu elə də maraqlandırmır".
Müəllifə görə, hərbi əməliyyatların qarşısını almaq Amerikanın maraqları üçün çox mühümdür: “Çünki Moskva təkcə münaqişə tərəflərinə yüksək dəqiqlikli silahlar vermir, eyni zamanda Azərbaycana təzyiq göstərir ki, öz müstəqilliyindən imtina etsin və Avrasiya İttifaqına qoşulsun. Aydındır ki, Rusiya bu münaqişəni həll etməklə deyil, idarə etməklə məşğuldur”.
Amerikalı professor daha sonra qeyd edir ki, minlərlə insan tələfatına səbəb olacaq müharibə təhlükəsi artır, çünki hər iki tərəf yüksək dəqiqlikli silahlara malikdir. “Bundan əlavə, Azərbaycan Naxçıvandakı qüvvələrini gücləndirir, bu, hakim Əliyevlərin doğulduğu yerdir və Ermənistan paytaxtına ən yaxın ərazidir”, - deyə müəllif daha sonra qeyd edib.
“Müharibə erməni qüvvələrinin tamamilə Rusiya ordusunun tərkibinə birləşdirilməsinə gətirib çıxarardı. Çünki Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşması yaradıb. Müharibə olsa, həmin qruplaşma Rusiya tərəfindən idarə olunacaq. Rusiyanın Ermənistanda Gümrü bazasının olması da nəzərə alınarsa, müharibə Rusiyanın Ermənistanı tamamilə işğal etməsi ilə nəticələnəcək, habelə Rusiyanın Azərbaycana qarşı mümkün hərbi intervensiyasına, hətta müdaxiləsinə gətirib çıxara bilər. Və Türkiyənin Azərbaycanla münasibətlərini nəzərə alaraq, bu müharibə türk müdaxiləsi ehtimalını da yaradacaq” - analitik xəbərdarlıq edib.
Onun sözlərinə görə, müharibə ancaq Moskvanın xeyrinə olardı: “Moskva dayanmadan Gürcüstan ərazilərini qəsb edir, habelə Azərbaycanı və Gürcüstanı içəridən dağıtmaq səyləri göstərir. Rusiya istəyir ki, Gürcüstan NATO-ya üzv olmaq planlarından əl çəksin. Azərbaycan isə Balkanlarda onunla qaz rəqabətinə girməsin”.
Analitik hesab edir ki, Vaşinqton Minsk Qrupunu fəaliyyətsizliyinə dözmək əvəzinə Dağlıq Qarabağ məsələsində vasitəçiliyə başlamalıdır. “Habelə ABŞ Azərbaycanın enerji resurslarının Avropaya nəqlinə birmənalı dəstəyini ifadə etməlidir. Nəhayət, biz Azərbaycanda demokratikləşməni dəstəkləmək istəyiriksə, Bakının təhlükəsizlik problemlərinə ciddi yanaşmalıyıq, çünki bu, insan haqları sahəsində irəliləyişin əldə edilməsinin yeganə yoludur” - sonda o vurğulayıb.
***
Müəllifin bu yazısını ilk baxışda ABŞ maraqlarından qaynaqlanan yanaşma saymaq olar. Lakin Kremlin mümkün hədəfləri və Azərbaycanla bağlı qeyd edilən hədəflər əsasən doğrudur. Ən azı, o səbəbə ki, Rusiya proqnoz edilməyən, müttəfiqlik və tərəfdaşlıq sazişlərinə də bir elə önəm verməyən etibarsız bir dövlətdir. Moskva 2008-ci ildə Gürcüstana hərbi müdaxilə edib Abxaziya və Cənubi Osetiyanı, 2014-cü ildə isə Ukrayna ilə bağlı bütün sazişlərə və təhlükəsizlik zəmanətlərinə tüpürərək Krımı işğal edib.
Bu üzdən ABŞ-ın regiondakı maraqları öz yerində, Azərbaycan da öz təhlükəsizliyini möhkəmlətmək üçün əlavə zəmanətlər barədə düşünməlidir. Həm də o səbəbə ki, Azərbaycan 2018-ci ildən etibarən Avropa qaz bazarında Rusiyaya daha güclü rəqib olacaq.
Zəmanətlərə gəlincə, onlardan biri ABŞ-la əlaqələri yaxşı səviyyədə saxlamaq, digəri isə qardaş Türkiyə ilə hərbi sahədə əməkdaşlığı ən yüksək səviyyəyə qaldırmaqdır. Bundan ötrü Naxçıvanda bir və ya bir neçə Türkiyə hərbi bazasının yerləşdirlməsinin vaxtı çatıb. Hımin bazalar müharibə variantında təkcə Ermənistan üçün deyil, Rusiya üçün də ciddi çəkindirici faktora çevrilər, Kremlin Azərbaycanla bağlı hərbi intervensiya planlarını sıfırlayardı. \\musavat.com\\
959 dəfə oxundu