"Gürcüstana buraxılmamam üçün hər hansı səbəb görmürəm" - Kərəm Məmmədov

"Gürcüstana buraxılmamam üçün hər hansı səbəb görmürəm" -
Borçalı İctimai Cəmiyyətinin keçmiş sədri Kərəm Məmmədov Gürcüstana buraxılmayıb.

Bu barədə “Ölkə.Az”-a Kərəm Məmmədov özü məlumat verib.

O, iyulun 29-da ailə üzvləri ilə bərabər Gürcüstan sərhədini keçmək istəyən zaman bu ölkəyə buraxılmadığını söyləyib:

“Anam uzun illərdir ki, xəstədir. Ailə üzvlərimlə bərabər onu ziyarət etmək üçün Gürcüstana getmək istəyirdim. Ancaq Gürcüstan gömrükçüləri məni ölkəyə buraxmadılar. Ailə üzvlərimi buraxsalar da, onları mən geri qaytardım. Gömrükçülər səbəb kimi də dedilər ki, Gürcüstan hökuməti məni görmək istəmir. Məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı Səfirliyinə də müraciət etmişəm”.

K.Məmmədov Gürcüstana buraxılmamasına səbəb görmədiyini deyib:

“Gürcüstana buraxılmamam üçün hər hansı səbəb görmürəm. Mən Gürcüstanın ərazi bütövlüyünü daim dəstəkləmişəm, daxili işlərinə qarışmamışam, hər zaman Gürcüstanın müstəqilliyini arzu etmişəm. İndi nə üçün məni bu ölkəyə buraxmırlar, müəmmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
824 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...