Rusiyadan dünyanı şoka salan bəyanat
Rusiyanın baş naziri Dmitri Medvedyev bildirib ki, ABŞ yeni sanksiyaları ilə Rusiyaya qarşı geniş miqyaslı ticarət müharibəsi elan edib.
“Qaynarinfo” BBC-yə istinadən xəbər verir ki, Rusiya baş naziri Dmitri Medvedev “Facebook” səhifəsində ABŞ-ın tətbiq etdiyi sanksiyaları pisləyib.
Rusiya hökumətinin başçısı sanksiyalar barədə qanuna münasibət bildirərək yazıb: “Birincisi, ABŞ-ın yeni administrasiyası ilə münasibətlərin yaxşılaşacağına ümid öldü. İkincisi, Rusiyaya qarşı tam həcmli ticarət müharibəsi elan edildi. ABŞ siyasətçiləri Trampı təmiz məğlub etdilər. ABŞ prezidenti sanksiyanın qəbul edilməsinə şad deyil, bununla belə o, bunu imzalamaya da bilməzdi. Yeni sanksiyalar ilk növbədə Trampı yerində oturtdu. Qarşıda yeni yanaşmalar var. Son hədəf onu hakimiyyətdən uzaqlaşdırmaqdır. Sistemdən kənar oyunçu məhv edilməlidir”.
Qeyd edək ki, avqustun 2-də ABŞ prezidenti İran, Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqda qanun layihəsinin imzalayıb.
Xatırladaq ki, iyulun 28-də ABŞ Senatı Rusiya, İran və Şimali Koreyaya qarşı “Sanksiyalar vasitəsilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” haqqında qanunu qəbul edib. Konqresin səsvermə hüququ olan 435 üzvündən 419-u, Senatda isə 98 senator sənədin lehinə, eləcə də 3 konqresmen və 2 senator qanunun əleyhinə səs verib.
Ümumilikdə, 184 səhifəlik sənədin yarısı Rusiyaya həsr edilib. Orada Moskvanın Ukraynadakı fəaliyyəti, ABŞ və başqa dövlətlərdə kibertəhlükəsizliyə ziyan vurulması və seçkilərin nəticələrinə təsir etməyə cəhd, Suriyadakı Bəşşar Əsəd rejimini dəstəkləməsi, korrupsiya, insan haqlarını pozması və başqa bu sayaq məsələlərlə bağlı əməlləri öz əksini tapıb. Sanksiya Rusiyanın neft-qaz və maliyyə sahələrini əhatə edir.
889 dəfə oxundu