ABŞ-ın vitse-prezidentindən Kremlin ünvanına sərt ittihamlar- TİFLİSDƏN
ABŞ Gürcüstanı və onun xalqını dəstəkləyir. Gununsesi.info novosti-qruziya-ya istinadən xəbər verir ki, bu fikri ABŞ-ın vitse-prezidenti Mayk Pens Tiflisdə keçirdiyi brifinqdə səsləndirib. Brifinq zamanı M. Pens bir daha ABŞ prezidenti Donald Trampın müraciətini səsləndirərək deyib ki, biz Gürcüstan dövləti və onun xaqlının yanındayıq:
“Gürcüstan bir zamanlar SSRİ adlı xalqlar həbsxanasında idi və bu dəhşətli rejim dağıldıqdan sonra Gürcüstan qərbə doğru dostluq əli uzatdı. Və biz də öz növbəmizdə Gürcüstanla daha sıx yaxınlıq etməyə, əlaqələri möhkəmlətməyə, bütün imkanlarımı realizə edərək, strateji situasiyaya uyğun təhlükəsizliyin təmin olunması istiqamətində hədəflərimizi daha da möhkəmlətməyə hazırıq”.
Vitse-prezident Gürcüstanda NATO-nun keçirdiyi hərbi təlimlərə də toxunaraq deyib ki, “Layiqli tərəfdaş” adı altında keçirilən hərbi təlimlər gürcüstana öz müdafiə qabliyyətini daha da möhkəmləndirməyə imkan verəcək:
“Bu bir daha ABŞ-ın Gürcüstanın müdafiə qabliyyətinin möhkəmləndirilməsi istiqamətindəki yardımının göstəricisidir”.
Gürcüstanın NATO-nun tamhüquqlu üzvülüyün tərəfdarı olduğunu bəyan edən M. Pens deyib ki, Gürcüstan mütləq NATO-nun tam hüquqlu üzvü olmalıdır.
Gürcüstan torpaqlarınn işağl faktından danışan vitse-prezident deyib ki, tiflisdən 40 km məsafədə Rus tankları dayanıb və ölkənin 20% torpaqlarını işğal edib: “Ona görə də ABŞ Gürcüstan torpaqlarının Rusiya tərəfindən işğalını qətiyyətlə pisləyir. Odur ki, ABŞ Gürcüstanən ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir. Donald Tramp administrasiyası Gürcüstanın ərazi bütövlüyünə və suverenliyin olan hər hansı cəhdin qarşısında olacaq və buna ciddi formada cavab verəcək. Bütün bunları nəzərə aln Tramp tezliklə Rusiyanın bu hərəkətlərinin qarşısını almaq məqsədi ilə sanksiyalar qəbul edəcək”.
Vitse-prezident sonda Gürcüstanən ərazi bütövlüyün təmin edəcəyinə əmin olduğunu dilə gətirib.
978 dəfə oxundu