Tiflis Kremlə şərt qoydu: Torpağımızı ver...

Tiflis Kremlə şərt qoydu: Torpağımızı ver...

Rusiyanın təbliğat kampaniyası Gürcüstan hakimiyyəti üçün böyük təhdid deyil.

Axar.az xəbər verir ki, bunu BBC-yə açıqlamasında Gürcüstan Prezidenti Georgi Marqvelaşvili söyləyib.

“Cəmiyyət siyasi prosesləri doğru qiymətləndirir. Bu, seçicilərin müdrik mövqeyini təsdiq edir. Siz parlamentə baxın. Rusiyayönlülük faktiki olaraq Gürcüstan siyasətində yoxdur. Gürcülər Rusiyanın mənim ölkəmdə apardığı siyasəti, ölkəmin müstəqilliyini əldə etdiyi ilk gündən davranışını yaxşı bilirlər. Söhbət təkcə 2008-ci ildən getmir. Buraya 90-cı illər də aiddir. O zaman müstəqil seçkilər və azad siyasətçilər Rusiyanın maraqları ilə toqquşdular. Rusiya isə müstəqil seçkinin qarşısını almaq üçün bütün resurslarından yararlandı. Rusiya bizim ərazi bütövlüyümüzü tanısa, biz ona Cənubi Qafqazda öz potensialını reallaşdırmağa imkan verəcəyik. Gürcüstan həmişə Qafqazda mövcud olub. Biz ilk dəfə deyil ki, imperiya ilə üz-üzə gəlirik. Rusiya kimi böyük imperiyalar mövcud olub, amma biz yenə də öz dövlətçiliyimizi qorumuşuq”, – Marqvelaşvili o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
907 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...