Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb

Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb

“PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin ABŞ-ın tövsiyəsi ilə adının dəyişdirilərək Suriya Demokratik Gücləri qoymasının bizim üçün heç bir mənası yoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan bildirib, dost və NATO-da müttəfiq olan dövlətlər bir-birlərini aldatmamalıdır: “Türkiyə bir qəbilə dövləti deyil, bölgədə baş verənlərdən kifayət qədər məlumatlıyıq. Terror təşkilatının adını dəyişdirməsi onun mahiyyətini dəyişdirmir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
974 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...