Bakıda Qüds problemi üzrə beynəlxalq konfrans keçiriləcək

Bakıda Qüds problemi üzrə beynəlxalq konfrans keçiriləcək

Qüds məsələsi ilə bağlı iyulun 20-21-də Bakıda keçiriləcək beynəlxalq konfransın proqramı açıqlanıb.

BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitəsinin saytında verilən məlumata görə, tədbirə Azərbaycanın hökumət nümayəndələri, BMT baş katibinin xüsusi elçisi, İslam Əməkdaşlıq Təşkilatının və Fələstin dövlətinin rəsmiləri qatılacaqlar.

Onlar konfransda nitq söyləyəcəklər.

Bakıya gələcək Fələstin nümayəndə heyətinə bu ölkənin BMT-dəki səfiri Riyad Mənsur başçılıq edəcək.

Konfrans çərçivəsində "Şərqi Qüdsdə işğal altındakı həyat", "Şərqi Qüdsə yeni yanaşma", "Şərqi Qüdsə beynəlxalq və regional dəstək" mövzularında panel müzakirələri keçiriləcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1046 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...