Qətər böhranına Trampın kürəkəni səbəb olub?

Qətər böhranına Trampın kürəkəni səbəb olub?

Qətərin körfəz ölkələri ilə yaşadığı böhranın səbəbinin ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner olduğu iddia edilir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Cared Kuşner və atasının sahib olduğu "666 Fifth Avenue" adlı şirkət 2015-2016-cı illərdə Qətər şirkəti ilə 500 milyon dollarlıq razılaşma əldə etməyə çalışıb, lakin 2 il çəkən danışıqlar nəticə verməyib. Krizisdən çıxmağa çalışan Kuşner şirkəti Çinə aid "Anbang" firması ilə 400 milyon dollarlıq müqavilə imzalayıb, Trampın prezident seçilməsi ilə bu müqavilənin dəyəri 2 milyard dollara qalxıb. Lakin bu şirkətin rəhbəri saxtakarlıqda ittiham edilərək Çində həbs edilib və razılaşma ləğv edilib.

Qeyd edək ki, Qətər böhranı Donald Trampın Səudiyyə Ərəbistanı səfərindən sonra başlamışdı və bu ölkə Qətərə qarşı sanksiyalara rəhbərlik edir. ABŞ-ın "Intercept" mətbuat orqanı Qətər böhranında Kuşner ailəsinin uğursuz ticarət əlaqələrinin səbəblərdən biri olduğunu iddia eləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
982 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...