“Görəsən, niyə ağızlarını açıb bir söz demirlər?” - Prezidentin köməkçisi

“Görəsən, niyə ağızlarını açıb bir söz demirlər?” -

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov erməni təxribatı nəticəsində iki mülki vətəndaşın ölməsinə reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, N.Məmmədov baş verənlər qarşısında susan beynəlxalq QHT-ləri ittiham edib:

“İnsan haqlarının müdafiəsini özlərinin əsas missiyası hesab edən beynəlxalq QHT Alxanlı kəndini atəşə tutaraq uşaq və nənənin vəhşicəsinə qətli ilə bağlı, görəsən, niyə ağızlarını açıb bir söz demirlər, nə səbəbə susurlar. Qəribədir deyilmi?

Hesab edirəm ki, insan haqları məsələsində ədalətli və səmimi olsaydılar, bu sahəyə çox “diqqət yetirən” bir sıra böyük dövlətlərin rəsmiləri də Alxanlıda dinc insanların qətlinə münasibət bildirərdilər. Amma, əfsuslar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
852 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...