Merkel artıq ABŞ-ı Almaniyanın “dostu” hesab etmir
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, Almanya kansleri Angela Merkelin komandası seçki kampanyası proqramlarında ABŞ-la əlaqələrini təsvir edərkən “dost” kəliməsini işlətməyib
Dörd il bundan əvvəl birləşmiş Xristian Demokratlar Birliyi və onun Bavariya qolu olan Xristian Sosial Birliyi partiyası ABŞ-ı Avropadan kənarda Almanyanın “ən əhəmiyyətli dostu” kimi qeyd etmişdi.
2013-cü il seçki proqramında da ABŞ-la “dostluq” əlaqəsinin Almaniya üçün beynəlxalq münasibətlərdə “təməl” olduğu qeyd edilmiş və ticarət baryerlərinin ləğv edilməsi ilə transatlantik əlaqələrin gücləndirilməsi haqqında bəhs edilmişdi.
Lakin “Yaxşı və xoşbəxt yaşadığımız Almaniya üçün” adlı seçki proqramında Merkel və Xristian Sosial Birliyinin lideri Horst Sihover sentyabrın 24-də keçiriləcək seçkilərdən əvvəl təqdimat keçirdilər. ABŞ-la əlaqələrdə “dost” və “dostluq” kəlmələri axırıncı seçki platformasından götürülüb.
Əvəzində ABŞ Almaniya üçün Avropadan kənarda “ən vacib partnyor” kimi təsvir edilib. Xristian Demokratlar bu barədə açıqlama verməyiblər.
Sözlərin dəyişdirilməsi Tramp hakimiyyətə gələndən ABŞ və Almanya əlaqələrin necə zərər gördüyünü açıqlayır.
Seçki kampanyası zamanı Tramp Merkelin miqrasiya siyasətini tənqid etmiş və onun miqrasiya siyasəti ilə Almaniyanı pozduğunu qeyd etmişdi.
Tramp dəfələrlə Almaniyanı ABŞ-la ticarətdə ədalətsiz olmaqda, Berlini və digər Avropa partnyorlarını NATO-ya “külli miqdarda” pul borclu olduğunu vurğulamışdı. Trampın Paris sazişindən geri çəkilməsi isə qərb partnyorları ilə olan əlaqəsini daha da pozdu.
“Pew” araşdırma mərkəzinin keçən həftə apardığı sorğuya görə Barak Obama dövründə almanların ABŞ-a olan rəğbəti 57% idisə, Trampdan sonra bu 35%-ə düşüb.
2013-cü ildəki seçki platformasında ABŞ-la gücləndiriləcək ticarət əlaqələrinin yerinə, 2017-ci il platformasında II dünya müharibəsindən sonra ABŞ-ın Almaniya göstərdiyi dəstək və onun birləşməsindəki rolundan bəhs edilib.
Bundan əlavə, proqramda Merkelin may ayının sonunda keçirilən G-7 zirvəsindən sonra etdiyi nitqə də yer verilib. Merkel çıxışında artıq Avropanın başqalarından bel bağlamasının keçmişdə qaldığını və öz ayaqları üstündə durmağın vacibliyindən barədə danışmışdı.
Proqramda eyni zamanda Almaniyanın NATO ilə müttəfiqliyindən vacib olduğu qeyd edilsədə, digər tərəfdən Avropanın lazım gələrsə özünü qoruya biləcək gücdə olmağından da bəhs edilib.
ABŞ-dan fərqli olaraq, Fransa ilə dostlluq əlaqələrinin gücləndiriləcəyindən danışılıb və “Fransa və Almanya Avropanın motorları” adlandırılıb.
Merkel bu həftə sonu G-20 sammitinə ev sahibliyi edəcək.
909 dəfə oxundu