“Prezident seçkilərində aranı qatmaq istəyəcəklər” - Yevda Abramov

“Prezident seçkilərində aranı qatmaq istəyəcəklər” -

"Bütün ölkələrdə seçki ərəfəsində ehtiyatlı olmaq lazımdır. Seçki elə kampaniyadır ki, nəticəsi bütün zümrələri, insanları qane etmir. Ona görə də seçkinin nəticələrindən qalib tərəf razı, məğlub tərəf isə narazı qalır. Bu bütün dünyada belədir. Azərbaycanda da seçkinin nəticələrindən narazı qalanlar olacaq”.

Gundeminfo.az xəbər verir ki, bu sözləri modern.az-a müsahibəsində deputat Yevda Abramov deyib. O, Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı fikirlərini bölüşüb: "Biz Azərbaycan müstəqillik qazandıqdan sonra müəyyən ajiotajlara rast gəlmişik. Ona görə də seçki ərəfəsində də, seçkidən sonra da müəyyən qüvvələr aranı qatmaq istəyəcək.

Buna bütün siyasətçilər belə cavab verər. Amma digərlərindən nə ilə fərqlənəcək, onu deyə bilmərəm. İndi dünya başqa dünyadır. Səmadan yerə nəzarət etmək olur, dindirilmə-dinləmə vasitələri çox güclüdür.

Bizi istəməyən qüvvələr hələ də qalır. Ətrafımız sakit deyil. Həll edilməmiş problemlərimiz var. Amma Azərbaycan dövləti o qədər güclüdür ki, istənilən təxribatın qarşısını almağa qadirdir. Azərbaycan çox çətin sınaqlardan keçib və onlardan üzüağ çıxıb.

Azərbaycanda özünü müxalifət adlandıran və müxalifətə layiq olmayan qüvvələr hələ də mövcuddur. Müxalifət güclü olmasa da, arada adda-budda civildəşir. Mən desəm ki, Azərbaycanda seçki çox rahat keçəcək, bu yalan olar. Heç də rahat keçməyəcək. Amma bu, xalqı qorxutmamalıdır. Yeni Azərbaycan Partiyası artıq buna hazırlaşır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1008 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...