`Təxribatlar adətən Gürcüstan tərəfdən edilir` - Gürcü nazir

`Təxribatlar adətən Gürcüstan tərəfdən edilir` -


Gürcüstanın ətraf mühitin qorunması naziri Qiqla Aqulaşvili Avropa Liqası çərçivəsində baş tutan `Dinamo` - `Qəbələ` oyununda baş verənləri şərh edərkən `təxribatların əsasən Gürcüstan tərəfinin etdiyini` bildirib. Bu barədə AzVision.az `Novosti-Qruziya`ya istinadən xəbər verir. `Təbii ki, bu xoşagəlməz hadisədir. Təxribatların daha çox buradan olması daha da təəssüf vericidir. Ona görə də hesab edirəm ki, səlahiyyətləri çatan bütün qurumlar sərt tədbirlər görməlidir. Çünki bunların hamısından təxribat iyi gəlir`, - deyə Qiqla Aqulaşvili bildirib.

Nazirin qeyd edib ki, bu təxribat daha uzağı hədəfləyən plandır: "Müvafiq qurumlar belə hadisələrin olmasına yol verməmək üçün təxribatçılara qarşı ciddi tədbirlər görməlidirlər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1168 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...