"Şuşada Azərbaycan bayrağı dalğalansa, İrəvanda mitinq olmayacaq" - Armen Badalyan
Bu gün Ermənistanda Dağlıq Qarabağa münasibət mənfidir.
"Qaynarinfo" epress.am-a istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mikael Danieluyanın “Dissident mətbəxi” müəllif verilişində siyasi və seçki texnologiyaları üzrə ekspert Armen Badalyan bildirib.
“İndi 1988-ci il deyil, bunu anlamaq lazımdır. Cəmiyyətdə bir çoxları qarabağlı prezidenti və martın 1-ni görüb. Yəni əgər Qarabağda nə isə baş versə, Yerevanda 100 minlik mitinqin baş verəcəyini desələr, inanmayın. Çünki təfəkkürdə nə isə dəyişib. 1988-ci ildə Qarabağ insanların fikrində işıqlı gələcək idi. İndi, 20 il sonra cəmiyyət və Qarabağ məsələsinin məğzi də dəyişib. Sirr deyil onlar – qarabağlılar ikinci prezidenti (Robert Koçaryanı), üçüncü prezidenti (Serj Sarkisyanı), onun qardaşlarını görüblər. Bütün bunlar bir müddət sonra öz təsirini göstərəcək izlər buraxır. Bir çox hallarda mən insanlara: Şuşa üzərində Azərbaycan bayrağının dalğalandığını görsəniz, Yerevanda 100 minlik mitinq gözləməyin. Bəlkə də, daşnaklar mitinq keçirərlər, bir neçə yüz adam toplayarlar, amma Qarabağ qələbəsi mənasını tamamən itirib”, - Badalyan bəyan edib.
1082 dəfə oxundu