Anti-Azərbaycan kampaniyasının üzvlərindən biri Bakıya gəlir FOTOLAR

Anti-Azərbaycan kampaniyasının üzvlərindən biri Bakıya gəlir


“Avropa Parlamenti hüquq müdafiəçisi Leyla Yunusun məhkəməsini yaxından izləyir. Mən özüm də iyulun 13-də onun məhkəməsini daha yaxından izləyə bilmək üçün Bakıya gedəcəyəm”. Bu sözlər Avropa Parlamentinin üzvü Kati Piriyə aiddir.
Anti-Azərbaycan kampaniyasının üzvlərindən biri Bakıya gəlir

Kati Piri Avropa Parlamentinə 2014-cü ildə Niderlanddan seçilib, Əmək Partiyasını təmsil edir. O, özünün şəxsi internet səhifəsində bildirir ki, daha öncə 6 il müddətində Çoxpartiyalı Demokratiya üzrə Hollandiya İnstitunda çalışıb və bu müddət ərzində Ermənistanda olub, onların siyasi partiyaları ilə münasibətlər saxlayıb. Yəni faktik olaraq özü ermənipərəstliyini etiraf edir. Kati Pirinin artıq yaxşı tanıdığımız Ulrike Lunaçek ilə də sıx münasibətləri var. Biz Lunaçek haqqında ötən dosyemizdə ətraflı yazdığımız üçün bu dəfə üzərində geniş dayanmayacağıq.

Anti-Azərbaycan kampaniyasının üzvlərindən biri Bakıya gəlir

Sadəcə, bir daha xatırladaq ki, cinsi azlıqların nümayəndəsi və aktiv müdafiəçisi olan bu avstriyalı siyasətçi Avropa Parlamentində Azərbaycan əleyhinə qurulan bütün oyunların fəal iştirakçısıdır. Göründüyü kimi, Lunaçekin də üzvü olduğu ermənipərəst komandanın digər iştirakçısı Kati Piridir. Qeyd edək ki, o, həm də Avropa Oyunları ilə bağlı aparılan əks-təbliğat kampaniyalasının Ulrike Linaçek ilə birlikdə ən aktiv iştirakçılarından biri olmuşdu. İndi isə bu ermənipərəst deputat Leyla Yunusun məhkəməsində iştirak etmək üçün Bakıya gəlir və Avropa Parlamentinin digər üzvlərini də buna çağırır. Məqsəd aydındır: Avropa Parlamentində daha bir anti-Azərbaycan kampaniyasına start vermək...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1207 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...