AŞPA həmməruzəçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təkliflər hazırlayacaq

AŞPA həmməruzəçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təkliflər hazırlayacaq


Avropa Şurası Parlament Assambleyasının Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mümkün fəaliyyətlərə dair təkliflər hazırlayacaq.

APA-nın məlumatına görə, bu barədə AŞPA Monitorinq Komitəsinin Avropa Şurasına üzv ölkələr arasında münaqişələrə dair alt komitəsinin mayın 15-də keçirilmiş iclasında qərar verilib. Qərara əsasən həmməruzəçilər təkliflərini oktyabrda keçiriləcək AŞPA sessiyası çərçivəsindəki iclasların birində təqdim edəcəklər.

Alt komitənin növbəti iclasının iyunun 9-da Vyanada keçirilməsi qərara alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
941 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...