AMİP sədri Gəncədən deputat olmaq istəyir

AMİP sədri Gəncədən deputat olmaq istəyir

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə bu il keçiriləcək parlament seçkilərində namizədliyini 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən irəli sürəcək.
Y.Bağırzadə "Report"a açıqlamasında bildirib ki, hazırda partiyada digər dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi prosesi gedir.
O qeyd edib ki, AMİP əvvəlki parlament seçkilərində olduğu kimi, bu il də seçkilərə ciddi hazırlaşır: "AMİP 2010-cu ildə keçirilən parlament seçkilərində hakim partiyadan sonra ən çox namizədi olan partiya idi. Bu il keçiriləcək seçkilərə də ciddi hazırlaşırıq, çalışırıq ki, monolitliyi qoruyub saxlayaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...