Qarabağ ətrafında nə baş verir? - Əsəblər gərilir...

Qarabağ ətrafında nə baş verir? -


Azərbaycan ordusu mayın 16-də işğal altındakı ərazidə Ermənistan ordusuna məxsus “OSA” zenit-raket kompleksini məhv etdikdən sonra Ermənistanın ordu birlikləri Ağdam və Tərtərin cəbhə bölgəsinə yaxın yaşayış ərazilərini atəşə tutublar.

Situasiyanı şərh edən “Atlas” Araşdırmalar Mərkəzi hesab edir ki, Ermənistan tərəfi bununla demək istəyib ki, istənilən hücuma qarşı əks-hücumla cavab verəcək. Ancaq Ermənistanın bu əks-hücumları cəbhə bölgəsində problemlərin daha çox artmasına xidmət edir. Çünki, Azərbaycan ordusu da separatçıalrın əks-hücumlarını cavabsız qoymayacaq.

Mərkəz cəbhə bölgəsindəki gərginliyin artmasının bir neçə səbəbinin olduğunu bildirir:

Birincisi, danışıqlarda irəriləyiş yoxdur. Azərbaycan və Ermənistan xarici işlərin nazirlərinin ötən günlərdə Moskvada keçirilən görüşü də nəticəsiz qaldı.

İkincisi, Ermənistan ordusu əvvəlkitək Dağlıq Qarabağın ətrafında – işğal altındakı ərazilərdə hərbi təlimlər keçirir, hərbi istehkamlar qurur. Halbuki, rəsmi Bakı dəfələrlə Ermənistanı xəbərdar edib ki, Dağlıq Qarabağdan kənardakı hərbi istehkamlar vurulacaq. “OSA” zenit – raket kompleksinin vurulması da bu siyasətin tərkib hissəsidir.



Üçüncüsü, cəbhə bölgəsində vəziyyətin gərginləşməsi yay aylarında döyüş əməliyyatlarının aparılması üçün münbit şəraitin yaranmasıyla bağlıdır.

Dördüncüsü, vəziyyətin gərginləşməsinə Ermənistanın işğal altındakı ərazilərdə həyata keçirdiyi fəaliyyət də təsir edir . Ermənistan bir tərəfdən status-kvonu qorumağa çalışsa da, vaxtilə azərbaycanlıların yaşadığı şəhər və qəsəbələrdə köçürülmə həyata keçirir, infrastruktur layihələri reallaşdırılır. Halbuki, bütün həll planlarına görə həmin şəhər və qəsəbələr azad olunmalı və həmin yerlərə azərbaycanlılar qayıtmalıdırlar.

Növbəti təxribat da atəşkəsə xidmət etmir. Erməni separatçıları Qarabağ ərazisində - işğal altındakı dağ massivlərinin birinin hündür yerində xaç işarəsini əks etdirən 50 metr hündürlükdə dəmir konsturksiya quraşdırıblar. Həmin konstruksiya üzərində işıq sistemi də quraşdırılıb ki, axşamlar da uzaq məsafədən görülsün. Separatçıların sözlərinə görə, həmin konstruksiya hündürlüyünə görə Avropada ikinci xaç abidəsidir. Erməni separatçılarının pula ehtiyacları olduğu halda bu cür bahalı konstuksiyanın tikintisinə niyə bu qədər önəm veriblər?

Bunun iki səbəbi var.

Birinci səbəb odur ki, separatçılar Dağlıq Qarabağı beynəlxalq aləmə xristian məskəni kimi tanıtdırmaq istəyirlər.

İkinci səbəbi isə odur ki, nə zamansa həmin konstruksiya dəqiq raket zərbəsiylə dağıdılarsa, bunu beynəlxalq aləmə “vandalizm” kimi qələmə verməyə çalışacaqlar.

Beləliklə, separatçılar bilərəkdən qarşıdurmaya dini rəng verirlər. Müsəlman torpaqlarda xristianlığın bu şəkildə zorla yayılmasına İslam dünyası da pis qarşılayacaq.

Bütün bu addımlar cəbhə bölgəsindəki gərginliyin artmasına, 2016-cı il aprel hadisələrinin istənilən an təkrarlana biləcəyindən xəbər verir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1011 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...