İlham Əliyevin adından İslam ölkələrinin nümayəndələrinin şərəfinə ziyafət təşkil olundu —

İlham Əliyevin adından İslam ölkələrinin nümayəndələrinin şərəfinə ziyafət təşkil olundu —


Mayın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin adından IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Bakıda olan İslam ölkələrinin nümayəndələrinin şərəfinə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin iqamətgahında rəsmi ziyafət təşkil edilib.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək qlobal miqyasda ümumbəşəri ideyaların himayədarı kimi çıxış edir. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verir. İslam ölkələrində baş verən hadisələr, onların qarşısında duran çağırışlar bu ölkələrin həmrəyliyini aktual məsələyə çevirir. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi də bu məramın təzahürüdür.

Allahşükür Paşazadə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilməsinin təqdirəlayiq olduğunu vurğulayıb. İslam həmrəyliyinin güclü faktora çevrilməsinin vacibliyini qeyd edən QMİ sədri deyib ki, bu kimi tədbirlər bir tərəfdən İslam ölkələrinin üzləşdiyi problemlərin həlli, digər tərəfdən həmin problemlərin dərinləşməsinin qarşısının alınması baxımından xüsusi önəmə malikdir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməsi çox mühüm hadisədir. Bunun böyük siyasi, iqtisadi, mənəvi və ideoloji əhəmiyyəti var. Bu gün bəşəriyyətin qarşısında duran ən mühüm məsələlərdən biri planetimizi, sülhü qorumaq, dünyadakı mövcud dinlərin və xalqların inkişafına hərtərəfli dəstək verməkdir. Bu gün İslam həmrəyliyi İslam dünyası üçün çox vacibdir. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar, söylədiyi fikirlər, verdiyi qərarlar bütün İslam dünyasında geniş əks-səda doğurur. Bu gün Azərbaycan İslam ölkələri arasında əlaqələrin genişləndirilməsi, İslam həmrəyliyinin gücləndirilməsi ilə bağlı mövqeyini ortaya qoyub.

Rəsmi ziyafətdə çıxış edən İslam ölkələrinin nümayəndələri Azərbaycandakı multikultural mühitdən məmnun olduqlarını bildiriblər. Onlar Prezident İlham Əliyevin İslam dəyərlərinin qorunub inkişaf etdirilməsi yolunda səylərini yüksək dəyərləndiriblər. IV İslam Həmrəyliyi Oyunlarının İslam dünyasının birlik və həmrəyliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacağına əminlik ifadə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
884 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...