"Azərbaycan ŞƏT-ə Suriya ilə birgə daxil ola bilər" - Putinin müşaviri

 "Azərbaycan ŞƏT-ə Suriya ilə birgə daxil ola bilər" -


"Kamboca, Suriya və Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) maraq göstərirlər, lakin təşkilata daxil olmağın dəqiq kriteriyaları var və onlara riayət olunmalıdır".


Oxu.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin müşaviri, RF-nin BRİKS və ŞƏT-də sadrliyinin hazırlanması və təmin olunması üzrə təşkilat komitəsinin məsul katibi Anton Kobyakov deyib.

“Kamboca, Suriya, Banqladeş, Azərbaycan, Misir, Şri-Lanka...” - deyə Kobyakov ŞƏT-ə maraq göstərən ölkələrin adlarını sadalayıb.

“Lakin qayda var, bu, “istədin - daxil oldun” deyil. Təşkilata üzv qəbul olunmaq üçün dəqiq qaydaların yazıldığı 28 sənəd var. ŞƏT-ə üzv olmaqdan öncə onlara riayət etmək lazımdır” - o qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1120 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...