Polad Bülbüloğlu Moskvadakı dava ilə bağlı danışıqlara başladı

Polad Bülbüloğlu Moskvadakı dava ilə bağlı danışıqlara başladı


9 may 2017-ci il tarixində Moskva şəhərində «Бессмертный полк» hərəkatının yürüşü zamanı bir qrup azərbaycanlı və erməni gəncləri arasında baş vermiş insidentlə bağlı iki millət arasında gərginliyin yaradılması məqsədi ilə təxribat törədilib.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatında bildirilir.

Qeyd edilib ki, hadisə ilə əlaqədar və gələcəkdə bir daha belə halların təkrarlanmaması üçün şəxsən səfir Polad Bülbüloğlu Rusiyanın Xarici İşlər Nazirliyi, Moskva şəhər rəhbərliyi və digər müvafiq federal strukturlarla danışıqlar aparıb: “Eyni zamanda vurğulamaq istəyirik ki, Səfirlik toqquşma zamanı zərər görmüş soydaşlarımızla əlaqə yaradaraq, onların vəziyyətini nəzarət altında saxlayır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
849 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...