Uorlikin növbəti "twitter" bəyanatı: "ABŞ hazırdır"

Uorlikin növbəti "twitter" bəyanatı:


ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün Rusiya və Fransa ilə işləməyə hazırdır.

Trend-in məlumatına görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "twitter" mikrobloqunda yazıb ki, bunu Vaşinqtonda keçirilmiş görüşdə deyib.

Qeyd edək ki, Minsk qrupunun həmsədrləri C.Uorlik, Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) dünən Vaşinqtona səfər ediblər. Həmsədrlər ABŞ Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurasında görüşlər keçiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1052 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...