Avropa Komissiyasının rəhbəri sammitə sərxoş gəldi

Avropa Komissiyasının rəhbəri sammitə sərxoş gəldi

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Cenevrədə keçirilən sammitə sərxoş vəziyyətdə gəlib. Bu barədə “The Sun” nəşri özəl mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, siyasətçi sərxoş olduğundan müvazinətini itirirmiş. Bundan başqa, o, öz köməkçiləri ilə ünsiyyətdə çox açıq-saçıq sözlərdən istifadə edib. “Aydın idi ki, Yunker çox yaxşı “vurub” ”, - mənbə bildirib.

Qeyd edək ki, Yünkerin tədbirlərə içkili gəlməsi ilk dəfə deyil. Belə ki, o, iki il əvvəl çox yüksək səviyyəli sammitlərin birində həmkarlarını qarşıladığı zaman qucaqlayıb öpür, üzlərinə şapalaq vururdu.(azvision.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
767 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...