Moskva qorxur ki, Bakı İrəvanın dərsini verər...

Moskva qorxur ki, Bakı İrəvanın dərsini verər...


Hazırda ən böyük narahatlıq doğuran məsələ təmasların qırılmasıdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, rəsmi Bakı danışıqların davamında maraqlıdır və bu, heç kimə sirr deyil:

“İrəvan isə çalışır ki, siyasi nizamasalma prosesini pozsun və status-kvo olduğu kimi qalsın. Ancaq Moskva İrəvanın bu istəyini neytrallaşdırmaqla Ermənistanın danışıqlardan yayınmasının qarşısını alır”.

Politoloq bildirib ki, qarşıda prezidentlərin görüşü üçün heç bir zəmin yoxdur:

“Bu zəmin ona görə formalaşmır ki, hələ danışıqların tərtib olunmuş gündəliyi mövcud deyil. Eləcə də əgər sülh prosesindən söhbət gedirsə, heç olmasa, onun hansısa bir sənədi müzakirə olunmalıdır. Yox, əgər bunların heç biri yoxdursa, deməli, danışıqlar hardasa ünvansız xarakter daşıyır. Rusiya isə bundan çəkinir. Çünki Rusiya bir tərəfdən münaqişəyə coğrafi baxımdan yaxındır, digər tərəfdən isə hər iki dövlət onun yaxın tərəfdaşıdır. Ona görə də Moskva məsuliyyəti anlayaraq bu prosesə qatılıb və təkidlə çıxış edir ki, İrəvan saymamazlığa yol verməsin. Çünki Bakı ötən ilin aprelində buna görə İrəvanın dərsini verib”.

Politoloqun sözlərinə görə, Rusiya Azərbaycanın yenə Ermənistana dərs verəcəyindən qorxur:

“Azərbaycan öz sözünü deyib və ərazi məsələsi ümumiyyətlə danışıqlar predmeti ola bilməz. Bu və digər məsələlər ətrafında ola bilsin danışıqlar gedir, ancaq gündəlik formalaşmır. Ona görə də Rusiya, ABŞ və Fransa Ermənistanın ən yaxın zamanda, 2018-ci ilə qədər bu məsələyə aydınlıq gətirəcəyini gözləyir. İrəvan öz mövqeyini açıqladıqdan sonra artıq Azərbaycan lazımı tədbirləri görəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
849 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...