ABŞ Saakaşvilinin Odessadakı islahatlarını maliyyələşdirəcək

ABŞ Saakaşvilinin Odessadakı islahatlarını maliyyələşdirəcək


ABŞ Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini maliyyələşdirəcək və onun komandasına əmək haqqı verəcək.

AzVision.az - ın məlumatına görə, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payetlə görüşdən sonra Saakaşvilinin özü “Facebook” səhifəsində yazıb. Mənbənin məlumatına görə, tərəflər ABŞ polisinin odessalı həmkarlarına təlim keçməsinə dair razılığa da gəliblər. “Həmçinin, Odessa anti-korrupsiya proqramı çərçivəsində ABŞ hökuməti Saakaşvilinin yeni komandasını maliyyələşdirməyə razılıq verib”, - deyə məlumatda bildirilir. Maliyyələşdirmənin konkret olaraq hansı həcmdə olması barədə məlumat verilmir. Qeyd edək ki, daha əvvəl ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payet Mixail Saakaşvilinin komandasının Odessadakı işinin uğurlu olması üçün əlindən gələni edəcəyini bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1137 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...