Lukaşenko: “Biz Qarabağ problemini həll edə bilmirik”
Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Müstəqil Dövlətlər Birliyi (MDB) postsovet məkanında münaqişələrin həlli məsələsində daha aktiv mövqe sərgiləməlidir.
AzVision.az xəbər verir ki, bunu belarus prezidenti “Mir” telekanalına müsahibəsində deyib.
“Kaş MDB çərçivəsində Dnestryanı, Dağlıq Qarabağ, Ukraynada Donbass problemi həll oluna bilərdi… Lakin biz bunu edə bilmirik. Bəzən biz bunun həll yolunun mümkünsüz olduğu üçün deyil, sadəcə fərqli maraqlarımızın olduğuna görə edə bilmirik. Problemi isə həll etmək lazımdır”, - deyə Lukaşenko bəyan edib.
Belarus prezidenti hesab edir ki, bu münaqişələrin həlli zamanı insanların maraqlarından çıxış etmək lazımdır: “Məgər Dağlıq Qarabağda yaşayan insanlar yaxşı yaşayır? Onlar sadəcə yaşayır və sabah nəyinsə baş verəcəyini gözləyirlər. Bu normaldır? Normal deyil! Bu kimə sərf edir? Heç kimə. Gələcəyə baxmamaqdan öncə MDB-də olan bu məsələləri həll etmək lazımdır. Bunu həll etməklə biz yeni strateji istiqamətlər görəcəyik”.
728 dəfə oxundu