Rusiya Ermənistanın boynundakı ilgəyi sıxır – Türk ekspert
Ələ keçməsi mümkünsüz olan “İsgəndər” raket kompleksi adi döyüş başlıqları və ya nüvə başlıqları ilə təchiz edilə bilər. Bu komplekslərin Ermənistana verilməsini müxtəlif cür şərh eləmək mümkündür. Lakin bu, yüz faiz Türkiyə ilə bağlı deyil.
Bu barədə Türkiyədəki Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun prezidenti Emin Erendor rusdilli Vesti.az saytına açıqlamasında “İsgəndər” komplekslərinin işğalçı ölkəyə təkcə Azərbaycana görə deyil, həm də Türkiyədən ehtimal olunan təhdid səbəbi ilə verilməsi barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.
Türkiyəli ekspertin sözlərinə görə, Ankara indiyədək nə açıq, nə də gizli şəkildə Ermənistanı hədələməyib, heç vaxt ona hücum edəcəyi barədə işarə də vurmayıb. “Bu səbəbdən adı çəkilən raket kompleksinin Ermənistana ötürülməsinin Türkiyəyə heç bir dəxli yoxdur. Belə kompleksin Ermənistanda yerləşdirilməsini Türkiyə təhlükəsi ilə əlaqələndirmək qəsd nəzəriyyəsi tərəfdarlarının boş iddiasıdır”, - deyə politoloq qeyd edib.
Xatırladaq ki, bu yaxınlarda Ermənistanın müdafiə naziri Vigen Sərkisyan Rusiya mediasına müsahibəsində bildirmişdi ki, İrəvan onun öhdəsində olan “İsgəndər” kompleksələrinə “çəkindirici faktor, qaynar başları soyutmaq vasitəsi və zəmanətli zərbə amili” kimi baxır və silahın tətbiqi situasiyanın inkişafından birbaşa asılı olacaq.
Lakin türkiyəli analitikə görə, adı çəkilən döyüş sisteminin işğalçı ölkəyə ötürülməsində əsas hədəf Ermənistanı Rusiyaya daha güclü şəkildə bağlamaqdır. “Məsələ ondadır ki, Azərbaycanla Rusiya arasında əlaqələr nə qədər yaxşı olsa da, Bakı beynəlxalq birliyə dinamik şəkildə inteqrasiya ola və beynəlxalq səhnənin əsas oyunçuları ilə konstruktiv qarşılıqlı əlaqələr qura bilib. Azərbaycan həmçinin, Qərblə əlaqələri sürətlə inkişaf etdirib. Ermənistan isə, Azərbaycandan fərqli olaraq, Rusiyanın təsiri altından çıxa, beynəlxalq sistemə inteqrasiya edə bilməyib. İrəvan Kremlə sarı boylanmadan öz xarıci siyasətini həyata keçirə bilmir. Bu mənada “İsgəndər” raketlərinin Ermənistana verilməsi ilə Rusiya bu ölkənin boynundakı ilgəyi bir az da sıxmış olacaq” – sonda türkiyəli ekspert əlavə edib.
Bu da ən əvvəl o anlama gəlir ki, İrəvan nə Dağlıq Qarabağ məsələsinin həllində, nə də Türkiyə ilə əlaqələrin normallaşması məsələsində faktiki, söz sahibliyinə malik deyil, ciddi və etibarlı tərəf də sayılmaz. Əsas söz sahibi “ilgək yiyəsi” Rusiyadır.
Problem həmçinin ondadır ki, satellit və marionet Ermənistan Rusiyadan hansı hərbi-siyasi və iqtisadi-maliyyə asılılığında olduğunun fərqinə varmaq istəmir. Bu fonda işğalçı tərıfin Qarabağla bağlı hansısa tələb və ya şərtlə danışması ikiqat absurd görünür.
786 dəfə oxundu