Mətbu orqanlar intihar hadisəsinin üstünə açıq şəkildə getməməlidir - deputat

Mətbu orqanlar intihar hadisəsinin üstünə açıq şəkildə getməməlidir -
"İntihar etməyə hazırlaşan insanın ilk növbədə ətrafı bunu görməlidir. Ətrafı görüb bilməlidir ki, bu insanın kömək yeri yoxdur, özündə deyil və çox fikirlidir. Həmçinin bilməlidir ki, bu insan əvvəlki kimi başqa insanlarla ünsiyyətdə deyil".

Bunu SalamNews-a açıqlamasında Milli Məclisin deputatı Adil Əliyev deyib.

Deputat bildirib ki, əvvəllər də Azərbaycanda intihar hadisələri olub, bu gün də var. Lakin Azərbaycanda intihar hadisələrinin sayının çoxaldığını demək yanlışdır: "Sadəcə son zamanlar mətbu orqanların sayı çox olduğundan, həmçinin sosial şəbəkələrdə bu kimi məlumatların şişirdilməsi insanlarda elə təəssürat yaradıb ki, guya ki, Azərbaycanda intihar halları çoxdur. Əksinə, Azərbaycanda intihar halları azalıb. Düzdür, müəyyən qədər problemlərimiz var. İnsanlarımız hər hansı addım atmadan bir çox şeyə nail olmaq istəyirlər. Nail olmadıqda isə bunu problem kimi büruzə verirlər".

"Ümumiyyətlə intihar cəmiyyətimizdə mövcud olan problemlərdən biridir. Biz cəmiyyətimizlə birlikdə buna qalıb gələ bilərik. Televiziya, mətbu orqanlar vasitəsi ilə təbliğat işləri aparmaq lazımdır. Biz bir cəmiyyət olaraq bu problemin üstünə getməliyik və bunun qarşısını birlikdə almalıyıq. Əgər problem varsa, həll olunmalıdır. Problemin üstünü örtməklə bu həll olunmur.

Hesab edirəm ki, saytlar, mətbu orqanlar intihar hadisəsinin üstünə açıq şəkildə getməməlidir. Hadisə olubsa, hər şey bitib. Artıq bu istintaqın işidir ki, hadisəni araşdırsın", - deyə Adil Əliyev qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...