Rusiya ilə Türkiyə arasında yeni qalmaqal - Səfir XİN-ə çağırıldı

Rusiya ilə Türkiyə arasında yeni qalmaqal -
Kürd snayperinin türk əsgərini qətlə yetirməsi insidenti ilə bağlı Rusiyanın Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb.

Virtualaz.org-un məlumatına görə, Türkiyə XİN-in rəsmi nümayəndəsi Hüseyn Müftoğlu deyib ki, xarici siyasət idarəsi Rusiya müvəqqəti işlər vəkili Sergey Panova Suriya ərazisində kürd snayperi tərəfindən türk əsgərinin qətlə yetiriləsi ilə əlaqədar ciddi narahatlığını bildirib.

Ankaradan verilən məlumata əsasən, snayperin atəş açdığı ərazidə atəşkəs rejiminin pozulmasına görə məsuliyyət məhz Rusiyanın üzərinə düşür.

“Hürriyet”in verdiyi xəbərdə deyilir ki, hadisədən bir gün qabaq kürd qoşunları tərəfindən nəzarət edilən ərazidən açılan snayper atəşi nəticəsində Türkiyə ordusunun əsgəri ağır yaralanmışdı.

Əsgər xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
780 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...