Lapşin saxlanılma şəraitindən şikayət etmir - Rusiyanın Azərbaycandakı səfirliyi
Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan bloger Aleksandr Lapşinlə növbəti görüş keçirib.
Bu barədə APA-ya Rusiya səfirliyinin mətbuat katibi Denis Apaşkin bildirib.
Səfirliyin konsulluq şöbəsinin əməkdaşları keçən həftə, martın 15-də A.Lapşin ilə görüşüb
Rusiya səfirliyindən bildirilib ki, A. Lapşin saxlanılma şəraitindən şikayət etmir, sağlıq durumu qənaətbəxşdir: “İstintaq davam edir. Rusiya səfirliyi Aleksandr Lapşinin vəkili ilə daimi əlaqədədir”.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.
758 dəfə oxundu