İsrail səfiri Rusiya XİN-inə çağırıldı

İsrail səfiri Rusiya XİN-inə çağırıldı


İsrailin Rusiyadakı səfiri Qari Koren Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, o, İsrailin Suriyada həyata keçirdiyi hava hücumuna aydınlıq gətirməsi üçün XİN-ə dəvət olunub.

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə Koren arasında keçirilən görüşdə Suriyadakı son hadisələr də müzakirə edilib.

Məlumata görə, İsrail diplomatı xüsusən Palmira yaxınlığındakı hava hücumları zamanı rus ordusu tərəfindən istifadə edilən T-4 hava bazasının hədəfə alınmasına görə nazirliyə çağırılıb.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri ötən gün Suriyadakı Hizbullah mövqelərinə aviazərbələr endirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
867 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...