"Bir kişi arvad adı, fotosu ilə Facebook-a girirsə, ondan nə kişi olacaq?"

"Bir kişi arvad adı, fotosu ilə Facebook-a girirsə, ondan nə kişi olacaq?"


"Əgər bir kişi öz profilində arvad fotosu və adı yerləşdirərək şərh yazırsa, ondan nə kişi olacaq? Bu cür hərəkətlər heç bir qanuna və kişiliyə sığmır". Gundeminfo.az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov sosial şəbəkələrlə bağlı təklifinə qarşı çıxan şəxslərə cavab verərkən deyib.

S.Novruzov artıq həmin şəxslərin kimliyinin hər kəsə məlum olduğunu bildirib:

"İndi hər kəsə də bəllidir ki, bu cür işlərlə kimlər məşğul olur. Mənim təklifimə qarşı çıxan adamların özləri bu cür çirkin işlərlə məşğuldur. Ona görə də doğru yolda olan adamlar bu məsələdən qəti narahat olmasınlar. Bundan qanunun aliliyindən qorxaraq, başqa-başqa adlar altında ayrı-ayrı şəxsləri təhqir etməklə və ermənilərdən 5 manat pul alıb, Azərbaycan əleyhinə çirkin təbliğat aparan şəxslər qorxsunlar".

Komitə sədri qeyd edib ki, sosial şəbəkələrdə onun fikirlərini ayrı istiqamətlərə yozan qüvvələr Azərbaycan dövlətçiliyi əleyhinə aparan adamlardır:

"Onların mənim fikirlərimi başqa cür təqdim etməyə haqları yoxdur. Mən tam obyektiv olaraq bildirmişəm ki, sosial şəbəkələrdə Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd və erməni mənbələrinə istinad edilən olan müxtəlif məlumatlar yayırlar. Misal üçün, bu yaxınlarda "Meydan TV" Azərbaycan ordusu ilə bağlı erməni mediasında dərc olunan yalan məlumatları yenidən yaymışdı. Bəzi internet saytları və qüvvələr ermənilərə xidmət edən bu cür məlumatları Azərbaycan cəmiyyətinə sırımaq istəyirlər. Bu cür xəbərləri yazanların ermənilərdən heç bir fərqi yoxdur. Çünki bu adamlar ermənilərin Azərbaycan əleyhinə söylədiyi yalan və qondarma fikirləri cəmiyyətimizə çatdırır. Təbii ki, bütün bunlar belə davam edə bilməz. Bunun qarşısını almaq üçün mütləq internetə nəzarət mexanizmi olmalıdır. Yoxsa ki, sən qaçıb xaricə get, oradan da Azərbaycan əleyhinə yalan fikirlər yaz, heç kəs də səni məhkəməyə verə bilməsin! Həmin adamlar düşünməsin ki, onlar anonim adlarla istədiyi şəxsi təhqir edə biləcək. Bu cür hallara qarşı qanun çərçivəsində addımlar atılmalıdır. Əgər sosial şəbəkələrdə qeydiyyatdan keçən şəxslər doğrudan da qanuna zidd fikirlər söyləmirsə, heç bir cinayətə və ya qanun pozuntusuna yol vermirsə, o zaman adını, soyadını və ünvanını dəqiq yazıb göstərsin. Daha niyə anonim adlarla qanuna zidd hərəkətlərə yol verir?".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
728 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...