XİN-dən rusiyalı jurnalistin Qarabağa getməsinə REAKSİYA

XİN-dən rusiyalı jurnalistin Qarabağa getməsinə REAKSİYA


Rusiyanın federal telekanalı “TV Tsentr”ın aparıcısı Roman Babayan Dağlıq Qarabağa qanunsuz səfər edib.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Məlumatda qeyd olunur ki, Roman Babayanı səfərdə Rusiya Dövlət Dumasının keçmiş deputatı, Mərkəzi Asiya və Yaxın Şərqin Araşdırılması İnstitutunun direktoru Semyon Baqdasarov müşayiət edib.
“Qarabağa ilk dəfə gəlmişəm. Tarixi vətənimə gəldiyim üçün həyəcanlıyam”- deyə Roman Babayan bildirib.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Modern.az-a açıqlamasında deyib ki, bununla bağlı zəruri tədbirlər görüləcək.

“Kütləvi İnformasiya Vasitələrində getmiş bu məlumat Xarici İşlər Nazirliyi tərəfindən araşdırılacaq və əlavə zəruri tədbirlər görüləcək. Onu da qeyd edim ki, kimliyindən və vəzifəsindən asılı olmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən hər bir şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil edilir. Roman Babayan da istisna deyil”.

Xatırladaq ki, Roman Babayan 1967-ci il dekabrın 7-də Bakıda anadan olub. O, Rusiyanın “TV Tsentr” (ТВ Центр) telekanalında “Səs haqqı” (Право Голоса) verilişinin 2010-cu ildən aparıcısıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
659 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...