"Demokratiyanın sizə ehtiyacı var" - Obamanın son sözü

 "Demokratiyanın sizə ehtiyacı var" -


Prezident Barak Obama Çikaqoda vida çıxışında amerikalıları demokratiyanı qorumağa çağırıb.
O minlərlə tərəfdarına deyib ki, 8 il əvvəllə, o prezidentlik vəzifəsinə gəldiyi zamanla müqayisədə "demək olar ki, bütün ölçülər üzrə Amerika daha yaxşı, daha güclü yerdir".
Lakin o "demokratiyanı hədiyyə kimi qəbul edən zaman o təhlükədədir" deyərək xəbərdarlıq edib.
Ölkənin ilk qaradərili prezidenti, hazırda 55 yaşlı Obama 2008-ci ildə ümid və dəyişikliklər müraciəti ilə seçilib.
Onun xələfi Donald Tramp cənab Obamanın imza atdığı bəzi qərarları ləğv etməyə söz verib. O, yanvarın 20-də prezidentliyə başlayacaq.
Cənab Obama çıxış edərkən kütlə "daha dörd il" deyə qışqırıb. "Mən bunu edə bilmərəm", - deyə o cavab verib.
ABŞ Konstitusiyasına əsasən, bir nəfər yalnız iki dəfə prezident seçilə bilər.
O bildirib ki, prezidentlər arasında hakimiyyətin dinc yolla təhvil verilməsi Amerika demokratiyasının "vizit kartı" idi.
Amma o Amerika demokratiyasına üç təhlükədən - iqtisadi bərabərsizlik, irqi ayrı-seçkilik və cəmiyyətin müxtəlif təbəqələrinin iştiraksızlığından danışıb.
Son niqtində cənab Obama qeyd edib ki, amerikalılardan prezident kimi son bir xahişi var: "Mən sizdən inanmağı xahiş edirəm. Dəyişiklik gətirmək mənim deyil, sizin bacaracağınızdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
856 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...