XİN Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə xəbərlərə münasibət bildirib

XİN Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə xəbərlərə münasibət bildirib


Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə xəbərlərə münasibət bildirib.

APA-nın məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur.

"İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur", - deyə H. Hacıyev vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
938 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...