Rusiyanın Türkiyədəki səfirinin qətli ilə bağlı 5 nəfər həbs edilib

Rusiyanın Türkiyədəki səfirinin qətli ilə bağlı 5 nəfər həbs edilib


Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətli ilə bağlı 5 nəfər həbs edilib.

APA-nın xəbərinə görə, bu barədə “Anadolu” İzmir şəhərinin prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, həbs edilənlərdən dördü qatil Mövlut Mert Altıntaşın polis orqanlarında çalışan həmkarlarıdır. Beşinci şəxsin isə FETÖ fəalı Süleyman Ergen olduğu bildirilir. Məlumata görə, o, İzmirdə Altıntaşın təhsil aldığı Rüştü Ünsal adına polis məktəbinin kursantları arasındakı FETÖ tərəfdarlarına kuratorluq edibmiş.

Saxlanılan şəxslər silahlı terror təşkilatına üzvlükdə ittiham olunurlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
836 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...