`35 amerikalı diplomat Rusiyadan qovulur` - Lavrov

`35 amerikalı diplomat Rusiyadan qovulur` -


Rusiya 35 amerikalı diplomatı arzuolunmaz şəxs etmək niyyətindədir. Onlardan 31-i Moskvadakı səfirliyin, dördü isə Sankt-Peterburqdakı Baş konsulluğunun əməkdaşıdır.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Təbii ki, biz bunu cavabsiz qoyamayacağıq. Qarşılıqlı addımlar diplomatiyanın və beynəlxalq münasibətlərin qanunudur. Ona görə də Rusiya XİN-i digər nazirliklərlə birgə 35 amerikalı diplomatın personan non-qrata edilməsi ilə bağlı Rusiya prezidentinə müraciət edib”, - deyə Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri, həmçinin əlavə edib ki, amerikalılara onların Serebryannı Borudakı bağ evləri və Dorojnayadakı küçəsindəki anbardan istifadəsinin də qadağan olunması təklif olunub: “Bu təfliklərinən operativ qaydada nəzərdən keçiriləciyinə ümid edirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
870 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...