Gürcüstanda 175 məhbus əfv olundu

Gürcüstanda 175 məhbus əfv olundu

Gürcüstan prezidenti Georgi Marqvelaşvili 175 məhbusu əfv edib. APA-nın məlumatına görə, Əfv Komissiyasının sədri Zviad Koridze bildirib ki, 122 məhbus azadlığa çıxıb, 53 nəfərin cəzası müddəti azaldılıb.

Onun sözlərinə görə, siyahıda Gürcüstan vətəndaşları olan azərbaycanlılar, habelə Azərbaycan vətəndaşları var. Z. Koridze əfv olunanların arasında 14 qadının olduğunu bildirib. O, qeyd edib ki, 12 qadın məhbus artıq cəzaçəkmə müəssisəsini tərk edib, daha iki nəfərin cəzası azaldılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
900 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...