Türkiyəni PKK-ya qarşı mitinqlər bürüdü

Türkiyəni PKK-ya qarşı mitinqlər bürüdü

Əsasən etnik kürdlərin yaşadığı şərqi türk əyaləti Bitlisin sakinləri Türkiyə bayraqları ilə şəhərin küçələrinə çıxıblar.

Virtualaz.org bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

Minlərlə əyalət sakini PKK-ya və bu terror təşkilatının İstanbulda və Kayseridə törətdiyi teraktlara etiraz əlaməti olaraq təntənəli yürüş təşkil edib.

Əyalətin bəzi sakinləri öz avtomobillərində Atatürkün Respublika meydanındakı abidəsinə qədər gedib çıxıblar.

Aksiya iştirakçıları terror təşkilatı PKK-nın hərəkətlərini qınayıblar. “Türkiyə üzərində çox böyük təhlükə var”, - deyə əyalətin qubernatoru Əhməd Çinar etiraz aksiyası çərçivəsindəki mitinqdə bildirib.

Xatırladaq ki, bundan əvvəl Bingöl əyalətində də PKK terrorçularının hərəkətlərinə etiraz olaraq təntənəli yürüş və mitinqlər keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
791 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...