Jirinovski: “Latviyaya tankların üstündə girəcəm”
Latviya axır-əvvəl Rusiyanın tərkibinə daxil olacaq.
Axar.az xəbər verir ki, bunu “Vesti Seqodnya” qəzetinə müsahibəsində Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Riqaya tanklar üstündə girəcəyini deyən avantürist siyasətçi bu ölkənin Rusiyanın tərkibinə daxil olmağının 300 illiyini qeyd etməyin lazım olduğunu bildirib:
“Latviya yenidən bizim tərkibimizə qayıtmalıdır. Biz federasiya və ya konfederasiyada yaşaya bilərik. Mənim Latviyaya əsas məsləhətim odur ki, Rusiyanı 1940-cı ildə etdiyiniz kimi dəvət edin. Latışlar o vaxt bizim gəlişimizdən məmnun idilər. Bu, respublikanın mövcudluğu üçün zəmanət idi. Mən təklif edərdim ki, Latviyanın Rusiyanın tərkibinə daxil olmasının 300 illiyini 2021-ci ildə Riqada Rusiya və Latviya ordularının birgə paradı ilə qeyd edək. Əgər latışlar bundan sonra da bizimlə münasibətlərini kəsməyə davam etsələr, o zaman Rusiya Riqa limanlarından istifadəni tam dayandıracaq. Bizimlə münasibətlərinizi kəsməyiniz ən çox sizin özünüzə ziyan edir”.
744 dəfə oxundu